Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələrinin ikinci günündə gərginlik yaşanıb.

Metbuat.az Haberglobal-a istinadən xəbər verir ki, Hakim Ədalət partiyasından millət vəkili olan Zəfər İşıqla İYİ partiyasının deputatı Hüseyn Örs arasında yumruq davası olub. Mübahisə zamanı xəsarət alan Hüseyn Örs xəstəxanaya aparılaraq reanimasiyaya yerləşdirilib.

Qeyd edək ki, TBMM-də dünən də oxşar vəziyyət yaranıb. Büdcə danışıqlarının ilk günündə müzakirələr uzun müddət davam edib və yumruq davası baş verib.