Mərakeş millisi dörddəbir finalda

Futbol üzrə Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatının dörddəbir finalına yüksəlib.

Metbuat.az xəbər verir ki, turnirin pley-off mərhələsi çərçivəsində Mərakeş millisi İspaniya ilə qarşılaşıb.

“Education City” stadionunda oynanılan matçda hesab açılmayıb. Qarşılaşmada qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda da hesab dəyişmədiyindən penalti seriyası təyin edilib. Zərbələri dəqiq yerinə yetirən Mərakeş millisi mərhələ adlayıb – 3:0.

Mərakeş seçməsi dörddəbir finalda Portuqaliya – İsveçrə matçının qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, artıq dörddəbir final mərhələsinin üç cütü müəyyənləşib. Belə ki, Niderland millisi Argentina, İngiltərə isə Fransa, Xorvatiya seçməsi Braziliya ilə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR