İranda azərbaycanlı ailəyə ağır cəza -

İranda tanınmış ailəyə edam və ağır həbs cəzası verilib.

Metbuat.az BBC farsi-yə istinadən xəbər verir ki, Kərəcdə yaşayan və noyabrın 4-də həbs edilən ziyalı və rentgenoloq, 53 yaşlı Həmid Qarahəsənli etiraz aksiyalarında SEPAH-a bağlı yarımhərbi və radikal Bəsic qüvvələrinin üzvünün öldürülməsi işinə görə edama məhkum edilib.

Məhkəmə həmçinin Həmid Qarahəsənli ilə bərabər daha 4 nəfərin də edamına qərar verdiyini açıqlayıb.

Onun xanımı kardioloq Fərzanə Qarahəsənliyə isə 25 il həbs cəzası verilib.

Yerli media iddia edir ki, cütlük azərbaycanlıdır.

Qeyd edək ki, Qarahəsənlilər sentyabrın 23-də Kərəcdə keçirilən aksiyalar zamanı hökumət qüvvələri tərəfindən güllələnərək öldürülən şairə Hədis Nəcəfinin 40 mərasiminə qatıldıqlarına görə evlərində tutulub. Sonradan onlara qarşı ağır ittihamlar irəli sürülüb.

اعتراض‌های ایران؛ حمید قره‌حسنلو، متخصص رادیولوژی در کرج، به ...

HamidQarahasanlou - Twitter Search / Twitter


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR