Xəbər verdiyimiz kimi, Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələrinin ikinci günündə gərginlik yaşanıb. Deputatlar arasında anlaşılmazlıq yumruq davası ilə bitib.
Metbuat.az xəbər verir ki, 2 deputata xəbərdarlıq edilib, 1 deputat isə müvəqqəti olaraq Məclisdən xaric edilib. Millət vəkili olan Zəfər İşığa iki iclasda iştirak etmək qadağan edilib.
Millət vəkili Fahrettin Yokuş və Ömər Faruk Gergerlioğlu isə TBMM-ə yaraşmayan söz və davranışlara görə qınanıblar.
Qeyd edək ki, hadisə zamanı xəsarət alan deputat Hüseyn Örs xəstəxanaya aparılaraq reanimasiyaya yerləşdirilib.