Bu il onlara düşmədi -

Artıq 2022-ci ilin sonuna yaxınlaşırıq. Əvvəlki illərdə olduğu kimi bu il də vəzifəsindən gedənlər, yeni vəzifəyə təyinat alanlar oldu.

Metbuat.az onların bəzilərini xatırladır:

2022-ci ildə Rövnəq Abdullayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsindən 17 ildən sonra azad edildi. Yerinə isə Rövşən Nəcəf gəldi.

Xatırladaq ki, hazırda Rövnəq Abdullayev İqtisadiyyat nazirinin müavinidir.

İlin səs salan qalmaqallı istefa xəbəri AMEA-dan gəldi. Fevral ayının14-də 3 il Azərbaycan Milli Elmlər Akademiyasında prezident olan Ramiz Mehdiyev istefa verdi. Onun yerinə isə 73 yaşlı, akademik İsa Həbibəyli gəldi.

Ramiz Mehdiyevin İsa Həbibbəylini “vurmasının” şok səbəbi »  Gundelik-Baku.Com

Aprelin 12-də 70 yaşlı Elman Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edildi. Onu Mərkəzi Bankda 39 yaşlı Taleh Kazımov əvəz etdi.

Paşa Bank'dan Elman Rüstəmovun yerinə gətirilən Taleh Kazımov kimdir?

Ölkədə çox səs yayan xəbərlərdən biri də Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən Səfər Mehdiyevin azad edilməsi oldu. O,bu ilin iyul ayının 16-da 4 il xidmət etdiyi postu ilə vidalaşdı. Yerinə isə hələ ki təyinat yoxdur.

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib

Mayın 24-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Cavid Qurbanov 7 ildən sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edildi. Prezidentin digər sərəncamı ilə Rövşən Rüstəmov yeni sədr oldu.

Prezident Cavid Qurbanovun yerinə onu təyin etdi

Sentyabrın 6-da isə İbrahim Həsən oğlu Cəfərov 9 il tutduğu vəzifədən - Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edildi.

Oxu.az - Azərbaycanda rektor vəzifəsindən azad edildi

Bu il Dövlət Təhülkəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində apardığı əməliyyatlardan sonra nazir Anar Kərimovun müavini Elnur Əliyev saxlanıldı. O, Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən təyinatından 1 il sonra azad edildi. Yerinə isə təyinat yoxdur.

Hazırda evimdəyəm...” — Elnur Əliyev danışdı

Bundan başqa, noyabrın 19-da AZƏRTAC-ın sədri Aslan Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad edildi. Onun yerinə isə Prezidentin sərəncamı ilə Vüqar Əliheydər oğlu Əliyev gəldi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR