“Fənərbaxça”nın niderlandlı müdafiəçisi Ceyden Ooster­volde “Roma”nın transfer gündəmindədir.

Metbuat.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, yayda tibbi müayinədə yaranan problem səbəbindən transferi baş tutmayan futbolçunu İtaliya klubu izləməyə davam edir.

Oostervolde tam hazır vəziyyətə qayıtsa, “Roma”nın yanvar ayında onun transferi üçün yenidən cəhd göstərəcəyi bildirilir.

Qeyd edək ki, futbolçu sonuncu dəfə avqustun 5-də “Sturm Qraz”a qarşı oynayıb.