Ötən ay apteklərdə aparılan monitorinqlərin nəticələri açıqlanıb

Apteklərdə noyabr ayı ərzində aparılan monitorinqlərin nəticələri açıqlanıb.

Bu barədə Metbuat.az-a Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Aptek təşkilatlarında keçirilmiş yoxlamalar noyabrın 1-dən 30-dək dövrü əhatə edib.

Belə ki, Bakı şəhəri üzrə – 24, digər rayonlar üzrə 2 aptek olmaqla 26 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib. İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3, 452.4 maddələri üzrə ümumilikdə 3 protokol tərtib edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR