DÇ-2022: Bu gün hansı oyunları izləyəcəyik?

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə start veriləcək.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında turnirin əsas favoritlərindən Braziliya millisi Xorvatiyanı sınağa çəkəcək. "Edyukeyşn Siti" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək.

Digər oyunda isə Niderland və Argentina yığmaları üz-üzə gələcəklər. "Lusail" stadionundakı görüşün baş hakimi ispaniyalı Migel Mateu Laos olacaq.

DÇ-2022

1/4 final mərhələsi

19:00. Xorvatiya - Braziliya

23:00. Niderland - Argentina

Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu dekabrın 10-da baş tutacaq. Portuqaliya Mərakeşlə, Fransa isə İngiltərə ilə münasibətlərinə aydınlıq gətirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR