Separatçı-terrorçu dəstənin başçısı Arayik Arutyunyan sülhməramlıların ailələrinin Qarabağa köçürülməsi ilə bağlı işlər aparır.
Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, separatçılar bilirlər ki, Qarabağda ermənilərin mövcudluğu Rusiya sülhməramlılarına bağlıdır. Rus əsgəri getsə, onların ardınca ermənilər də Qarabağı tərk edəcəklər: "Bu baxımdan sülhməramlıların uzun müddət "Artsaxda" məskunlaşması və buradan getməyi düşünməməsi lazımdır. Sülhməramlıların Qarabağa yerləşdirilməsi 10 noyabr 2020-ci il tarixli bəyanatla gerçəkləşib. Sənəddə sülhməramlıların qalmasının mümkünlüyü hər iki tərəfin, Ermənistan və Azərbaycanın istəyindən asılı olduğu bildirilsə də, üçtərəfli bəyanatın əksər bəndləri pozulub və əməl olunmayıb. Ona görə də demək olar ki, sənəd artıq etibarlı deyil, işləmir və sülhməramlıların qalması yalnız Rusiyanın, Qarabağ ermənilərinin və bir az da Ermənistanın iradəsindən asılıdır", - deyə "Hraparak" yazıb.
Nəşr yazır ki, Arayik Arutyunyan 1500 sülhməramlının ailələrini Rusiyadan Qarabağa köçürmək üçün əlindən gələni edir.