Blinken​ edam edilən gəncdən yazdı:

Xəbər verdiyimiz kimi, İranda 23 yaşlı gənc, Mohsen Şekari edam edilib.

Metbuat.az xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken edam edilən gənclə bağlı tviter hesabında paylaşım edib:

"Biz Mohsen Şekarinin edam olunmasından dəhşətə gəldik. İran rəhbərliyinə mesajımız aydındır: bu qəddar repressiyaya son qoyulsun. Biz İran rejimini məsuliyyətə cəlb etməyə çalışmağa davam edəcəyik",- deyə o, əlavə edib.

Qeyd edək ki, Möhsün Şəkəri adlı şəxs Tehranda təhlükəsizlik işçisini bıçaqla yaralamaqda və küçəni bağlamaqda ittiham olunurdu. Noyabrın 29-da onun edam qərarı verilsə də, dünən o, artıq edam olunub.

Bir 1 nəfər və saqqal şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR