Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçının əsas vaxtı 0:0 əlavə vaxtı isə 1:1 hesabı ilə başa çatıb.

Metbuat.az-ın məlumatına görə, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub. Burada Xorvatiya millisi 4:2 hesabı ilə qalib gəlib.

9 dekabr

DÇ-2022

1/4 final mərhələsi

19:00. Xorvatiya - Braziliya - 1:1, Penaltilər seriyası - 4:2

Qollar: Neymar, 105+1 (0:1), Petkoviç, 117 (1:1)

Penaltilər seriyası

Xorvatiya: + + + +

Braziliya: - + + -

Baş hakim: Maykl Oliver (İngiltərə)

"Edyukeyşn Siti" stadionu