"Messinin Braziliyaya məğlub olub ağlamasını istəyirəm"

Braziliyanın keçmiş futbolçusu Fredin ½ finalla bağlı arzusu reallaşmayıb.

Metbuat.az xəbər verir ki, o, ½ finalda Braziliyanın Argentina millisi ilə qarşılaşmasını arzulayıb. Fred Braziliya-Xorvatiya oyunundan əvvəl deyib:

“1/2 finalda Braziliya-Argentina qarşılaşması istəyirəm. Xaos istəyirəm. Neymarın rəqiblərini rəzil etdiyini izləmək istəyirəm. Messinin ağladığını izləmək istəyirəm”.

Qeyd edək ki, Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçının əsas vaxtı 0:0 əlavə vaxtı isə 1:1 hesabı ilə başa çatıb.

Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub. Burada Xorvatiya millisi 4:2 hesabı ilə qalib gəlib.

9 dekabr

DÇ-2022

1/4 final mərhələsi

19:00. Xorvatiya - Braziliya - 1:1, Penaltilər seriyası - 4:2

Qollar: Neymar, 105+1 (0:1), Petkoviç, 117 (1:1)

Penaltilər seriyası

Xorvatiya: + + + +

Braziliya: - + + -


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR