Dünya çempionatında tarix yazan qapıçı:

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçından sonra Xorvatiya Futbol Federasiyasının rəsmi sosial media hesabında maraqlı paylaşım edilib.

Metbuat.az xəbər verir ki, paylaşımda oyun zamanı 8 topu dəf edən və penaltilər zamanı 1 penal qaytaran qapıçı Dominik Livakoviçin fotosu paylaşılıb. Fotoda yazılıb:

"Necə bir heykəl istəyərdin, Dominik Livaković?"

Qeyd edək ki, Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçının əsas vaxtı 0:0 əlavə vaxtı isə 1:1 hesabı ilə başa çatıb.

Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub. Burada Xorvatiya millisi 4:2 hesabı ilə qalib gəlib.

1/8 final mərhələsindəki Yaponiya-Xorvatiya oyununun qalibi də penaltilərlə müəyyənləşmişdi. Dominik Livakoviç 3 penal qaytarmışdı.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR