Yarımfinal və final oyunlarının rəsmi topu təqdim olunub -

FIFA Qətərdəki dünya çempionatının yarımfinal və final oyunlarının rəsmi topunu təqdim edib.

Məlumata görə, top “Al Hilm”, ərəb dilindən tərcümədə “Arzu” adlanır.

Mundialın yarımfinal matçları dekabrın 13-ü və 14-də, final görüşü isə 18-də olacaq. Yarımfinalda Argentina Xorvatiyanı, Fransa isə Mərakeşi sınağa çəkəcək.

Qeyd edək ki, həlledici qarşılaşma “Lusail” stadionunda oynanılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR