Tehranda məktəblər iki günlük bağlı olacaq

İranın paytaxtı Tehranda məktəblər 2 günlük dayandırılıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb havanın çirklənməsidir.

Bildirilib ki, uşaq bağçaları və ibtidai məktəblər də 2 günlüyünə bağlanılıb.

Qeyd olunub ki, havanın çirklənməsinə görə dünya paytaxtları arasında 21-ci sırada yer alan Tehranda hər il qış aylarında artan çirklənmə həyata mənfi təsir edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR