Messi bu sözlərinə görə cəzalandırıla bilər -

FİFA Argentina millisinin kapitanı Lionel Messi haqda araşdırmalara başlayıb.

Metbuat.az offsideplus.az-a istinadən xəbər verir ki, dünyanın ali futbol qurumu bu addımı 35 yaşlı hücumçunun DÇ-2022-nin 1/4 mərhələsində Niderlanda qalib gəldikdən sonra etdiyi hərəkətə görə atıb.

Belə ki, Messi matçdan sonra müsahibə verərkən, niderlandlı futbolçu Vout Veqorstla söz atışmasına çıxıb. O, həmkarına “Nəyə baxırsan, axmaq? Davam et”, – deyə cavab verib.

FİFA futbolçunun davranış qaydalarını pozması səbəbilə onun haqqında araşdırma başladıb. “Leo”nun cəzalandırılacağı istisna edilmir. Onun haqqında qərarın dekabrın 13-də açıqlanacağı gözlənilir.

Xatırladaq ki, Argentina yarımfinalda Xorvatiya ilə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR