Ukraynadan dəhşətli hücum:

Ukrayna ordusunun Rusiyanın ilhaq etdiyi Zaporojye vilayətinə hücumu nəticəsində 200-dən çox rus hərbçi həlak olub.

Metbuat.az xəbər verir ki, Melitopol şəhərinin bələdiyyə sədri İvan Fedorov sosial media hesabında belə məlumat verib. O bildirib ki, hücum axşam saatlarında təşkil edilib. Hücumun hədəfində rusların hərbi bazası olub. Bələdiyyə sədrinin sözlərinə görə, bazaya bir neçə raket atılıb. Hərbi bazada olan texnikalar da sıradan çıxıb. Rusiya tərəfi hələlik hücum barədə açıqlama verməyib.

Qeyd edək ki, Rusiya Donetsk, Luqansk və Xersonla yanaşı Zaporojye bölgəsində də saxta referendum keçirərək, həmin əraziləri ilhaq edib. Bununla belə, Ukrayna ordusu ilhaq edilmiş ərazilərdəki bir neçə məntəqəni işğaldan azad edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR