İranın Məşhəd şəhərində siyasi fəal Məcid Rza Rahnəvərd ictimaiyyət qarşısında dar ağacından asılıb.

Metbuat.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın Xorasan-Rezevi əyalətinin ədliyyə idarəsinin başçısı Qulaməli Sadeqi bildirib.

Bildirilib ki, Məcid Rza Rahnəvərd barəsində 23 gün əvvəl ölüm hökmü çıxarıb. Hökm dekabrın 12-də səhər saatlarında icra olunub.

Qeyd edək ki, bundan əvvəl də 23 yaşlı Möhsün Şekari dar ağacından asılmışdı.