Türkiyənin Çanaqqala vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir kii, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Biga rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 12,12 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar İstanbul, Balıkəsir və Bursa vilayətlərində də hiss olunub.