Ermənistanda yaradılması planlaşdırılan yeni nazirlik – Daxili İşlər Nazirliyinin formalaşdırılması prosesi davam edir.
Metbuat.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, "Joqovurd" qəzeti yazır ki, Ermənistan polisi hələ Daxili İşlər Nazirliyinə çevrilməyib, lakin baş nazir Paşinyanın komandası artıq nazir axtarır.
Bu siyahıda hazırda Ermənistanın Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyan, fövqəladə hallar naziri Armen Pambuxçyan, Ermənistan parlamentində hakim fraksiyanı təmsil edən deputat Armen Xaçatryan və Ermənistan Polisinin rəhbəri Vaqe Kazaryanın adları qeyd edilib..