Qətərdə keçirilən dünya çempionatında ilk finalçı bəlli olub.

Metbuat.az xəbər verir ki, yarımfinal oyununda Xorvatiya yığmasını 3:0 hesabı ilə darmadağın edən Argentina millisi həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Görüşdə qeydə alınan qollar isə 34-cü dəqiqədə Lionel Messi, cəmi 5 dəqiqə sonra Xulian Alvares tərəfindən qeydə alınıb. Dubl edən Alvares 69-cu dəqiqədə komandasına 3-cü qolu bəxş edib.

Qeyd edək ki, Argentina millisinin finaldakı rəqibi Fransa - Mərakeş cütünün qalibi olacaq.

Turnirin həlledici oyunu dekabrın 18-də keçiriləcək.