İranda məktəblərində dərslər yenidən dayandırılıb.
Metbuat.az İRNA-ya istinadən xəbər verir ki, buna səbəb İranın Tehran və Əlborz əyalətlərində havanın çirklənməsi yüksək dərəcədə olmasıdır. Bu səbəbdən təhsilə verilən fasilə yenidən uzadılıb.
Pərdis, Dəmavənd və Firuzkuh şəhərləri istisna olmaqla, Əlborz və Tehran əyalətlərinin bütün şəhərlərində universitetlər də daxil olmaqla bütün məktəblər çərşənbə və cümə axşamı günləri bağlı olacaq.
Həmçinin açıq yerlərdə idmanla məşğul olmaq qadağan edilib.