Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin yeni fotosu yayılıb.

Metbuat.az xəbər verir ki, sosial şəbəkədə yayılan fotoda sabiq prezidentin həddin artıq arıqladığı görülür.

"Sputnik-Georgia" yazır ki, Gürcüstanın həbs olunmuş sabiq prezidenti Mixeil Saakaşvili yenidən aclıq aksiyasına başlayıb. O, məhkəmə iclasında məsafədən iştirakının təmin edilməsini tələb edir.

Xatırladaq ki, daha əvvəl Saakaşvili iki dəfə aclıq aksiyası elan edib. Onun birinci dəfə, saxlanıldığı gün - 2021-ci il oktyabrın 1-də elan etdiyi aksiya 50 gün davam edib və sabiq prezidentin səhhətinə mənfi təsir göstərib.

Saakaşvili mayın 12-dən etibarən "Vivamedi" klinikasında müalicə alır.

Gürcüstanın sabiq Prezidenti 2021-ci il oktyabrın 1-də ona qiyabi olaraq verilən iki hökm əsasında saxlanılıb. O, altı il həbs cəzası alıb. Daha 3 iş isə məhkəmə icraatındadır.

Bir 2 nəfər şəkili ola bilər