İranda etirazlarda 494 nəfər həlak olub.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı məlumat yayıb. Bildirilib ki, ölənlərin 68-nin yaşı 18-dən az olan şəxslərdir.
Hesablamaya görə, etiraz aksiyaları başlanan gündən 18 426 nəfər həbs olunub. Onlardan 3 861 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 636 nəfər tələbədir.