"Xoruzlar" Mərakeşi necə uddu? -

Xəbər verdiyimiz kimi, DÇ-2022-nin yarımfilan mərhələsində Fransa ilə Mərakeşlə qarşılaşıb. Görüş "Xoruzlar"ın 2:0 hesablı qələbəsi ilə bitib.

Metbuat.az xəbər verir ki, bununla da finalda qarşılaşan komandalar bəlli olub. Böyük gecədə Fransa və Argentina görüşəcək.

Mundialın süpriz komandası olan Mərakeşin Fransaya uduzmasına gəlincə, matçda hesab erkən qolla açılıb. 5-ci dəqiqədə Teo Ernandes komandasını önə keçirib. 79-cu dəqiqədə isə Randal Kolo Muani ikinci topu afrikalıların qapısından keçirməklə son nöqtəni qoyub.

Oyundan sonra isə Monpelye şəhərində iğtişaşlar başlayıb. Küçələrə təkcə mərakeşlilər deyil, həm də ölkələrinin qələbəsini qeyd edən fransızlar çıxıb. Fransızlar mərakeşli azarkeşləri "Ərəblər, rədd olun!", "Öz evimizdəyik" kimi şüarlar səsləndiriblər. Tərəflər arasında qarşıdurma yaşanıb. Xəsarət alanların olduğu bildirilir.

Qeyd edək ki, Fransa yığması ardıcıl ikinci dünya çempionatında finala vəsiqə qazanıb. "Xoruzlar" 2018-ci ildə Rusiyada təşkil olunmuş mundialda da eyni uğura imza atıblar. Həmin vaxt finalda Xorvatiyaya qalib gələn fransızlar dünya çempionu olublar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR