Yeniyetməni özünü öldürmə həddinə çatdıran şəxsin cinayət işi yekunlaşıb

Yevlaxda yeniyetməni özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Metbuat.az bu barədə Rayon Prokurorluğuna istinadən xəbər verir.

Belə ki, bu il sentyabrın 23-də Yevlax rayon sakini, 2007-ci il təvəllüdlü Ramil Əliyevin (şərti ad və soyad) Yevlax-Bərdə yolunun üzərində yerləşən körpünün üzərinə çıxaraq intihara cəhd etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma və şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə məcbur etmə maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Aparılmış istintaqla, zərərçəkmişin tanışı Zaur Təhməzovun Ramil Əliyevə sağlamlığına zərər vurmaq hədəsi ilə hədə-qorxu gəlib barəsində məhkəmədə yalan ifadə verməyə məcbur etməsi səbəbindən sonuncunun intihara cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Zaur Təhməzova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR