"Əli Xameneyinin başçılıq etdiyi rejim 40 ildən çoxdur ki, demokratiya, insan haqları və qadın hüquqlarına qarşı çıxır".

Metbuat.az xəbər verir ki, bu sözləri Əli Xameneyinin bacısı oğlu Mahmud Muradxani "Əl-Ərəbiyyə"yə müsahibəsində deyib.

O qeyd edib ki, İran rəhbərinin ölümü ilə hakim sistem dağılacaq: "Hakimiyyət daxilində də Xameneyinin siyasəti ilə razılaşmayan şəxslər var, lakin onlar fikirlərini ifadə edə bilmirlər".

Qeyd edək ki, Mahmud Muradxani Fransada yaşayır.