Əfsanəvi futbolçu

Serbiyalı sabiq futbolçu və A Seriyasının "Bolonya" komandasının sabiq baş məşqçisi Sinişa Mixayloviç 53 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən futbolçu mart ayında keçirdiyi mətbuat konfransında xəstəliyinin daha da irəlilədiyini açıqlayıb. Buna baxmayaraq sentyabrr ayınadək işinin başında olub.

Qeyd edək ki, Sinişa Mixayloviç futbolçu karyerası ərzində "İnter", ölkəsinin "Voyvodina", "Srvena Zvezda", İtaliyanın "Roma", "Sampdoriya" və "Latsio" klublarının da formasını geyinib.

Sinişanın 5 övladı, 1 nəvəsi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR