Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının üçüncü yer uğrunda matçı keçirilib.

Metbuat.az xəbər verir ki, Xorvatiya və Mərakeş milliləri arasında keçirilən oyunda xorvatlar 2:1 hesablı qələbə qazanıblar.

Xorvatiya millisinin heyətində qolları Y.Qvardiol (7-ci dəqiqə) və M.Orşiç (42), mərakeşlilərin isə yeganə qolunu 9-cu dəqiqədə A.Dari vurub.

Beləliklə, Xorvatiya millisi mundialın bürünc medalçısı olub.

Qeyd edək ki, sabah saat 19:00-da Argentina və Fransa arasında mundialın final matçı baş tutacaq.