Bu gün son yarımfinalçılar bəlli olacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olacaq.

Günün ilk oyununda "Turan Tovuz" "Kəpəz"i qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək.

Digər matçda isə "Neftçi" və "Zirə" komandaları üz-üzə gələcəklər. "Bakcell Arena"dakı görüş saat 19:00-da başlayacaq.

Bu iki cütün qalibi yarımfinalda bir-birinə rəqib olacaq.

Qeyd edək ki, daha əvvəl "Qəbələ" "Qarabağ"ı, "Səbail" isə "Sabah"ı mübarizədən kənarlaşdıraraq yarımfinala adlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR