Paşinyanın arvadı vergi ödəmir -

Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyana məxsus “Mer Tiparan” MMC şirkəti 2020-ci ildən vergiləri ödəməyib.

Metbuat.az erməni mətbuatına istinadən xəbər verir ki, yığılan borcların məbləği 1 milyon 796 min 575 dramdır.

"Hraparak" nəşri yazır ki, Nikol Paşinyan vergilərin ödənilməsi mövzusunda çoxlu çıxışlar edib və hətta bununla bağlı Milli Təhlükəsizlik Xidmətinə göstəriş verib: "Əslində, o, öz həyat yoldaşına izah edə bilməyib ki, vergi öhdəlikləri nə olursa olsun, yerinə yetirilməlidir", - deyə nəşr qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR