Tarixində ilk dəfə dünya çempionatında ½ finala çıxan Mərakeş millisi ölkədə çempion kimi qarşılanıb.
Metbuat.az xəbər verir ki, Xorvatiyaya məğlub olaraq 4-cü yeri tutan Mərakeş millisini qarşılamaq üçün minlərlə insan küçələrə çıxıb. Asayişin pozulmaması üçün 8 min polis cəlb edilib. Millinin dünya çempionatında uğur qazanması səbəbilə bir sıra tədbirlər keçirilib.
Qeyd edək ki, Mərakeş millisi 3-cü yer uğrunda Xorvatiyaya 1-2 hesabı ilə məğlub olaraq dördüncü yeri tutub.