İsveç parlamentinin azərbaycanlı deputatı Aylin Fazelian Azərbaycan dilində İranda baş verənləri tənqid edib.

Metbuat.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında video paylaşıb: "İranda islam rejiminə qarşı vuruşan bacı və qardaşlarıma demək istəyirəm ki, mən sizin tərəfinizdəyəm. İsveç parlamenti sizinlədir. Sizin mübarizəniz bizim mübarizəmizdir".

O həmçinin paylaşımına "Videodakı dil İranda milyonlarla insanın danışdığı ana dilim - Azərbaycan dilidir", - deyə qeyd edib.