Beyləqanda öldürülən Kamil Fərzəliyev tanınmış şəxs imiş -

Xəbər verdiyimiz kimi, ötən gün Beyləqan rayonunda qətl hadisəsi baş verib. Belə ki, rayon ərazisində 1978-ci il təvəllüdlü Rafiq Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarəti yetirərək Kamil Fərzəliyevi qəsdən öldürüb.

Metbuat.az xəbər verir ki, qətlə yetirilən Kamil Fərzəliyev Yunan-Roma güləşi üzrə əməkdar məşqçi olub. O, dəfələrlə dünya çempionu olan Eldəniz Əzizlinin də məşqçisi olub.

Həmçinin K. Fərzəliyev Vətən Müharibəsində iştirak edib.

Qeyd edək ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rafiq Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Şəkilin açıqlaması yoxdur.

Şəkilin açıqlaması yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR