Paşinyan MDB ölkələrinin sammitinə xanımının vizajistini də aparıb

Xəbər verdiyimiz kimi, dünən MDB ölkələrinin Sankt-Peterburq şəhərində qeyri-rəsmi görüşü baş tutmuşdu.

Metbuat.az xəbər verir ki, görüşdə həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib. Paşinyan Sankt-Peterburqa tək yox, yoldaşı Anna Akopyan və qızı Arpi ilə gedib.

Erməni mənbələri yazır ki, Paşinyanın ailəsi ilə bərabər təyyarədə daha 11 nəfər də olub. Onlardan biri də Anna Akopyanın vizajisti olub.

"Hraparak" yazır ki, MDB-yə üzv dövlətlərin başçılarının qeyri-rəsmi sammitinə dövlət büdcəsi hesabına şəxsi vizajist və köməkçi götürməyin hansı zərurətdən yarandığı demək çətindir: "Sizin yaşınızda büdcəni çox yükləməmək üçün kiçik özünəbaxım bacarıqlarını öyrənmək, yüngül makyaj etmək, öz saçınızı özünüz düzəltməyiniz yaxşıdır",- deyə nəşr qeyd edib.

Qeyd edək ki, Anna Akopyandan niyə həyat yoldaşı ilə beynəlxalq səfərlərə getdiyini soruşanda jurnalistlərə belə cavab vermişdi: "Təyyarədə boş yer var və mən ərimi çox sevirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR