Deputatın Məclisdəki çıxışı müzakirələrə səbəb oldu -

"Bakında bütün yunan tanrılarının adına toyxana var".

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin dünən keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, bizim "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunumuz nəzərə alınmır:

"Sərbəstliyi, vətəndaşların istəyini başa düşürəm. Bütün yunan tanrılarının adlarına Azərbaycanda toyxana var. Toyxanada toy edən adam bilməlidir ki, bu toyxananın adını daşıyan xanım hansı əxlaqın sahibi olub. Övladını oradan gəlin köçürmək onun əxlaqına uyğundur, ya yox! Lisenziya verən adam da icazəni verərkən ada diqqət etməlidir. Dil məsələsi son dərəcə mühümdür".

Sosial şəbəkələrdə isə isitfadəçilər deputatı tənqid edərək daha mühüm məsələlərin həlli üçün çıxışların edilməsini qeyd ediblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR