Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış fəaliyyəti çərçivəsində Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyev Eşqin Əlirza oğlu vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.
Metbuat.az xəbər verir ki, bu Masallı Mərkəzi Xəstəxanasında baş verən ilk belə hal deyil.
Belə ki, son 2 ildə xəstəxana 3 baş həkimi qarşılayıb və qısa müddətdə yola salıb.
2021-ci ilin yanvar ayında xəstəxananın əvvəlki baş həkimi Cəlil Nəzərov 675 min manat mənimsəməkdə ittiham olunaraq həbs edilib. Lakin bu ilin 15 noyabr tarixində səhhəti ilə əlaqədar azadlığa buraxılıb.
Cəlil Nəzərovdan sonra baş həkim olan Rasim Əzizov keçən ilin payızında marketlərdən birində oğurluq etməsi ilə bağlı iddialar yayılıb. Bundan sonra xəstəxananın baş həkimi 2021-ci ilin noyabrın 25-də işdən çıxarılıb.

Rasim Əzizovdan sonra isə Eşqin Əliyev cari ilin fevralın 25-də baş həkim olub. Lakin o da vəzifə başında olarkən korrupsiya əməllərində şübhəli bilinərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Əliyev Eşqin Əlirza oğlu vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.
