"Putin Paşinyana deyir ki, sizi mən xilas etdim"

Emənistanın keçmiş baş naziri Hrant Baqratyan canlı efirdə diqqətçəkən fikirlər səsləndirib.

Metbuat.az 168.am-a istinadən xəbər verir ki, eks- baş nazir qeyd edib ki, Rusiyanın maraqları Ermənistan Respublikasının maraqları ilə ziddiyyət təşkil etmir. Lakin Paşinyan Qərblə müəyyən oyunlar oynayır. Putin isə açıq şəkildə deyir: " Səni mən xilas etmişdim!".

Baqratyan qeyd edib ki, Paşinyan anti-Rusiya ab-havası yaradırır: "Nikol, budur sənin xarici siyasətin? Azərbaycanla Türkiyə düşmənimiz idi. İndi isə siz Rusiya və İranı bizə düşmən edirsiniz",- deyə o, Nikolun hakimiyyətini tənqid edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR