“Lion” dünya çempionatının bürünc medalçısını transfer etdi

Fransa Liqa 1 təmsilçisi “Lion” Deyan Lovreni transfer edib.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi ilə 2025-ci ilə qədər müqavilə imzalanıb.

Zaqreb “Dinamo”sunun yetirməsi olan və Xorvatiya millisində də çıxış edən oyunçu daha əvvəl 2010-2013-cü illərdə “Lion”da çıxış edib. Daha sonra “Sauthempton”da bir, ardınca isə “Liverpul”da altı mövsüm keçirən Lovren 2020-ci ildən “Zenit”də çıxış edirdi.

Qeyd edək ki, müdafiəçi Xorvatiya yığması ilə DÇ-2018-də gümüş, DÇ-2022-də isə bürünc medal qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR