"Qarabağ"ın futbolçusu bombardirlərin siyahısında bu yeri tutdu -

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı 2022-ci ildə dünyanın bombardirləri sırasına düşüb.

Metbuat.az xəbər verir ki, "Qarabağ"ın hücumçusu il ərzində vurduğu 25 qolla 67 nəfərlik siyahının 55-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, cədvələ Fransa millisinin və PSJ klubunun hücumçusu Kilian Mbappe başçılıq edir. 24 yaşlı forvard ümumilikdə 56 oyuna çıxıb, eyni sayda fərqlənib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR