Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin tarixi dəyişdirilə bilər.
Metbuat.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.
"Bizim iradəmiz seçkilərin vaxtında, iyunun 18-də keçirilməsindən ibarətdir. Lakin bu tarixlə bağlı yarana biləcək bəzi problemlərlə, o cümlədən sözügedən zamanda vətəndaşlarımızın ölkədaxili səfərlər etməsi ilə bağlı qiymətləndirmə aparılır. Bununla bağlı qiymətləndirmədə dəqiq bir nəticəyə gəlsək, seçkilərin keçiriləcəyi "tarix budur” formasında açıqlayacağam", - deyə Çelik bildirib.