Dardanel boğazında bu gündən etibarən qatı duman səbəbi ilə gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dardanel boğazının Naviqasiyaya Nəzarət Departamenti məlumat yayıb.

Bildirilib ki, İstanbulda və Mərmərə dənizində 3-cü gündür ki, güclü duman müşahidə olunur.