İranda etirazlar zamanı həbs olunan daha bir aksiyaçının edam hökmü Ali Məhkəmə tərəfindən təsdiqlənib.
Metbuat.az İran mətbuatına istinadən xəbər verir ki, nümayişlər zamanı təhlükəsizlik qüvvələri əməkdaşını yaralamaq, ictimai binanı yandırmaq kimi ittihamlarla edam cəzasına məhkum edilən 19 yaşlı Məhəmməd Buruqaninin hökmü qüvvədə saxlanılıb.
O, inqilab məhkəməsində ölüm cəzasına məhkum edilib.
Xatırladaq ki, ötən ilin sentyabr ayında 22 yaşlı Məhsa Əminin hicab qaydasını pozmaq ittihamı ilə polis tərəfindən saxlanılmasından sonra müəmmalı ölümü İranda böyük etirazlara səbəb olub.