Bakı-Quba yolundakı qəzada xəsarət alan ana və oğul vəfat etdi -

Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunda baş verən qəzada bir ailənin üç üzvü xəsarət alıb.

Belə ki, dekabrın 25-i Bakı-Quba yolunun 120-ci km-də, Şabran rayonundan keçən hissəsində “Opel” ilə “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində "Opel"in sürücüsü, 1968-ci il təvəllüdlü Bayram Cəlal oğlu Həsənov, həyat yoldaşı, 1975-ci il təvəllüdlü Samirə Şamil qızı Əliyeva və oğlu, 1993-cü il təvəllüdlü Fariz Bayramoğlu müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Metbuat.az xəbər verir ki, xəsarət alan 47 yaşlı Samirə Əliyeva və oğlu, 29 yaşlı Fariz Bayramoğlu dünən vəfat ediblər.

Qeyd edək ki, Fariz Bayramoğlunun iki yaşlı qızı var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR