Dünyanın ən cazibədar qadın futbolçularından hesab edilən italyan Aqata Kentasso yeni fotoları ilə gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, İtaliyanın ikinci futbol liqası “Venesia”nın qadınlardan ibarət futbol klubunda forma geyinən 29 yaşlı Aqata, 90 nömrəli forma ilə oynayır. Aqata futbolda olduğu kimi sosial mediada da məşhurdur. Onun sosial mediada yüz minlərlə izləyicisi var.

Qeyd edək ki, yarımmüdafiəçi olan Aqatanın həyat yoldaşı da futbolçudur.