İranda aksiyalara görə daha 2 nəfər edam edildi -

Bu gün səhər saatlarında İranda daha iki etirazçı barədə çıxarılan edam hökmü icra olunub.

Metbuat.az İran mətbuatına istinadən xəbər verir ki, Məhəmməd Mehdi Kərimi və Seyid Məhəmməd Hüseyni etiraz aksiyalarını yatıran BƏSİC üzvü Ruhullah Əcəminin qətlində təqsirli biliniblər.

Bu iki etirazçı barədə edam hökmü yanvarın 3-də çıxarılıb.

Xatırladaq ki, sentyabrın 17-də İranda etiraz aksiyaları başlayıb. İndiyədək 20 minə yaxın etirazçı həbs olunub, 68-i yeniyetmə olmaqla 500-dən çox aksiyaçı etiraz tədbirlərində rejimin hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilib.

İranda etirazlarda həbs edilən 2 nəfər edam olunub


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR