​"Xankəndi - Şuşa yolunda ekoloji post yaradılmalıdır"-

"Xankəndi - Şuşa yolunda Rusiya sülhməramlı qüvvələrinin maşın kolonları yoxlanılmalıdır".

Bu fikirləri Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Xankəndi-Şuşa yolunda etiraz aksiyasına baxmayaraq Ermənistan və Rusiya tərəfi geri addım atmır.

"Bu onu göstərir ki, Rusiya separatizminin inkişafında və Azərbaycanın etnik ermənilər üzərində suverenliyinə imkan vermək istəmir. Ermənistan da öz qoşunlarını Qarabağdan çıxarmayaraq sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Etirazlar bir aydır davam edir və mütləq şəkildə burada daimi ekoloji post yaradılmalıdır. Qeyd edim ki, Rusiya sülhməramlı qüvvələrinin maşın karvanı yoxlanmalıdır. Çünki, Rusiya sülhməramlı qüvvələrinin maşınlarında silah-sursat daşınır. Rusiya sülhməramlı qüvvələrinin Qarabağda ermənilərə təminat daşımaq kimi nə öhdəlikləri, nə də vəzifəsi deyil. Onların daimi maşın kolonunun keçməsi əsaslı şübhələr yaradır. Azərbaycan tərəfi Xankəndi -Şuşa yolunda etiraz aksiyalarından geri çəkilməməli, sona qədər buna gedərək ekoloji postu təsis etməlidir".

Politoloq qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında danışıqlarda fasilə var. Vaşinqton prosesi aparmaq və sülh müqaviləsinin bağlanmasında maraqlıdır.

"Moskvanın mövqeyinə gəldikdə isə, V. Putinin vasitəçiliyi ilə bir neçə sənəd imzalansa da prosesin dalanda qalması maraqlarına cavab verir. Brüssel formatında isə əsas pozuculuq fəaliyyəti Fransa edir. Yalnız ABŞ prosesi apara bilər. Həmçinin Türkiyə Ermənistan əlaqələrinin normallaşması fonunda Ankara Yerevana təzyiq edə bilər. 2023-cu il may ayına kimi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlarda müsbət irəliləyişlər olmayacaq. Türkiyədə cənab Ərdoğanın seçkilərdə qələbə qazanması Azərbaycan və Ermənistan arasında sülh istiqamətində ciddi irəliləyişlər əldə olunacaq".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR