Ələt-Astara yolundakı dəhşətli qəzanın görüntüləri yayıldı -

Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol qəzasının videogörüntüsü yayılıb.

Metbuat.az həmin görüntüləri təqdim edir:

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Rövşən Tağıyevin verdiyi məlumata görə, Masallı rayon sakini Məcidov Araz Arif oğlunun idarə etdiyi “KamAZ” markalı 44-CG-110 dövlət nömrə nişanlı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan Lənkəran rayon sakini Ağamalıyev Elman Rəhim oğlunun idarə etdiyi 44-CA-948 dövlət qeydiyyat nömrəli yük maşınının 44-ZA-520 dövlət nömrə nişanlı qoşqusu ilə toqquşub.

Nəticədə “KamAZ” markalı yük avtomobilinin sürücüsü A.Məcidov və onun sərnişini Masallı rayon sakini Kiçibəyov Rahib Elbəyi oğlu hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR