"Qarabağda Ermənistan hakimiyyətinin iddia etdiyi kimi 120 min deyil, cəmi 40 min sakin yaşayır".

Metbuat.az Erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, "Vətəndaş Müqaviləsi" partiyasının üzvüViqen Xaçaturyan deyib.

O qeyd edib ki, həmin 40 min qəzəbli Qarabağ ermənisi hakimiyyət dəyişikliyi tələb edə bilər: "Rusiya üçün 40 min qəzəbli Qarabağ ermənisinin Ermənistana gələrək hakimiyyət dəyişikliyi tələb etməsi pis olmazdı", - deyə o qeyd edib.