Azərbaycana xaricdən ən çox bu mallar gətirilir -

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 184 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 121 ölkəyə məhsul ixrac olunub, 172 ölkədən idxal olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 51229,2 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 38347,7 milyon dollarını və ya 74,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 12881,5 milyon dollarını (25,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 25466,2 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 62,7 faiz, real ifadədə 7,9 faiz, o cümlədən ixrac 11,2 faiz, idxal isə 1,2 faiz artıb. 2022-ci ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 13,9 faiz, real ifadədə 4,8 faiz artaraq 2688,4 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 36,0 faizi İtaliya, 10,9 faizi Türkiyə, 6,6 faizi Rusiya, 3,9 faizi Çin, 3,8 faizi Hindistan, 3,3 faizi İsrail, 2,8 faizi Yunanıstan, 2,4 faizi Almaniya, hər biri 2,0 faiz olmaqla Birləşmiş Krallıq və Xorvatiya, 1,9 faizi İspaniya, 1,6 faizi Çexiya, 1,5 faizi Portuqaliya, hər biri 1,4 faiz olmaqla Gürcüstan və İndoneziya, 1,2 faizi Ukrayna, hər biri 1,1 faiz olmaqla Qazaxıstan və ABŞ, 1,0 faizi Vyetnam, 14,1 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

İxracın 48,0 faizini İtaliyaya, 9,1 faizini Türkiyəyə, 4,6 faizini Hindistana, 4,3 faizini İsrailə, 3,7 faizini Yunanıstana, 2,6 faizini Xorvatiyaya, 2,4 faizini Rusiyaya, 2,3 faizini İspaniyaya, 2,1 faizini Birləşmiş Krallığa, hər biri 2,0 faiz olmaqla Portuqaliya və Çexiyaya, 1,7 faizini İndoneziyaya, 1,6 faizini Almaniyaya, 1,5 faizini Gürcüstana, 1,2 faizini Tunisə, hər biri 1,1 faiz olmaqla Vyetnam, İrlandiya, İsveçrə və Rumıniyaya, 1,0 faizini Ukraynaya, 5,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,5 faiz), Türkiyəyə (23,5 faiz), Gürcüstana (6,8 faiz), İsveçrəyə (6,2 faiz), Qazaxıstana (3,3 faiz), ABŞ-a (2,5 faiz), Niderlanda (2,4 faiz), Rumıniyaya (2,2 faiz), Bolqarıstana (2,0 faiz), İtaliyaya (1,8 faiz), Özbəkistana (1,5 faiz), Ukraynaya (1,4 faiz), Belarusa (1,2 faiz), Hindistana (1,1 faiz), Çinə (1,1 faiz), Latviyaya (1,0 faiz), Birləşmiş Krallığa (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,7 faizi Rusiya, 15,9 faizi Türkiyə, 14,5 faizi Çin, 4,5 faizi Almaniya, 3,6 faizi Qazaxıstan, 3,4 faizi ABŞ, 3,3 faizi İran, 3,2 faizi Türkmənistan, 2,3 faizi İtaliya, 2,0 faizi Yaponiya, hər biri 1,8 faiz olmaqla Belarus, Ukrayna və Koreya, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Fransa, 1,5 faizi Hindistan, 1,3 faizi Braziliya, hər biri 1,0 faiz olmaqla Finlandiya və Özbəkistan, 15,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2022-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 6,5 faiz, tütün – 48,6 faiz, çay – 70,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 17,5 faiz, mineral gübrələr – 14,5 faiz, emal olunmamış alüminium – 44,3 faiz, qara metallardan çubuqlar – 50,1 faiz, sement klinkerləri – 11,6 faiz, qara metallardan borular – 24,8 faiz artmış, təzə tərəvəz ixracı isə 2,2 faiz, kartof – 14,9 faiz, şəkər – 16,6 faiz, bitki yağları – 29,9 faiz, meyvə və tərəvəz şirələri – 11,7 faiz, meyvə və tərəvəz konservləri – 3,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 35,0 faiz, pambıq lifi – 39,8 faiz, polietilen – 18,4 faiz, polipropilen – 5,5 faiz, pambıq ipliyi – 52,6 faiz, qara metallardan yarımfabrikatlar – 47,9 faiz, bentonit gili – 4,7 faiz azalıb.

2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2022-ci ilin yanvar-noyabr aylarında buğda idxalı 14,8 faiz, xam şəkər – 9,8 faiz, təzə meyvə – 5,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 24,3 faiz, unlu qənnadı məmulatları – 10,9 faiz, çay – 3,8 faiz, quş əti və onun əlavə məhsulları – 10,0 faiz, dərman vasitələri – 24,7 faiz, polad prokatı – 35,0 faiz, rezin şinlər – 1,9 faiz, sintetik yuyucu vasitələr – 7,1 faiz, mebellər – 12,3 faiz, məişət kondisionerləri – 42,1 faiz, polietilen – 69,2 faiz, qara metallardan çubuqlar – 2,7 faiz, avtobuslar – 75,6 faiz, polipropilen – 13,4 faiz, sement – 30,8 faiz artmış, bitki yağları idxalı isə 6,3 faiz, şokolad və şokolad məhsulları – 5,8 faiz, kartof – 4,8 faiz, mal əti – 22,8 faiz, təzə tərəvəz – 33,1 faiz, siqaretlər – 73,6 faiz, minik avtomobilləri – 19,3 faiz, qara metallardan borular – 12,5 faiz, hesablama maşınları, blok və qurğuları – 22,1 faiz, yük avtomobilləri – 9,3 faiz, mineral gübrələr – 21,3 faiz, paltaryuyan maşınlar – 20,0 faiz, qara metallardan künclüklər – 9,4 faiz, məişət soyuducuları – 44,1 faiz azalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR